Serenay serialında rol alacaq
Serialın yayım tarixi bəlli oldu
 Aktyor restoranını bağladı
Səmra Rəhimli videoya görə tənqid olundu - foto

Facebook instagram Twitter Youtube
GÜNDƏM

“Cənnət almaları” mahnısının ilkin versiyası tapıldı

17-01-2020


Rusiyanın görkəmli aktyor və bəstəkarı Vladimir Visotskinin erkən vaxtlarında bəstələdiyi “Cənnət almaları” mahnısının ilkin versiyası üzə çıxıb.

Mtv.az xəbər verir ki, səsyazma V.Visotski ilə dostluq edən Rusiyanın Xalq artisti İvan Bortnikin şəxsi arxivindən tapılıb.

İfaçının yaradıcılığını tədqiq edən Sergey Jiltsov bildirib ki, mahnı iki versiyada bəstələnib. Onun sözlərinə görə birinci versiya 1977-1978-ci illər arasında bəstələnib və “Deyirlər mən öləcəm...” sözlərilə başlayır.

Vladimir Visotski (1938-1980) 16 il teatrda çalışıb. O, 1959-cu ildən kinoda çəkilməyə başlayıb. “Qısa görüşlər”, “Təhlükəli qastrollar”, “Görüş yerini dəyişmək olmaz” filmlərində yaddaqalan obrazlar yaradıb. Kinematoqrafiya ilə onun poetik fəaliyyəti də sıx əlaqəli olub. V.Visotski kino üçün 130-dan çox mahnı bəstələyib.

80 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
30 Mart


























29 Mart