Kannda yer tutmaq Azərbaycan kinosunun uğurudur - rejissor
“Sərxoş” filmi London kinofestivalının qalib oldu
Türk sənətçilərindən Azərbaycanla bağlı paylaşım - foto
Kertis Cekson üç qorxu filmi çəkəcək

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Mahnıları ən çox ifa olunan bəstəkar kimdir?

12-01-2020


Dünyada səkkiz il ardıcıl olaraq mahnıları ən çox ifa olunan məşhur bəstəkar, estoniyalı Arvo Pyart ötən il reytinqdə birinciliyi amerikalı musiqiçi Con Uilyamsa verib.

Mtv.az xəbər verir ki, klassik musiqi saytı “Bachtrack”in yaydığı açıqlamada, 2019-cu ildə dünyada əsərləri ən çox ifa olunan müasir bəstəkarların sırasında Con Uilyams, Arvo Pyart, Ceyms Makmillan, Filip Qlass, Con Adams, Dyörd Kurtaq, Erik Uitakr, Con Ratter, Tomas Ades və Stiven Rayx yer alıblar.

Sayt hər il hər bir bəstəkarın əsərlərinin neçə dəfə ifa olunması ilə bağlı statistik təhlil aparır. Daha çox əsərləri ifa olunan bəstəkarlar Bethoven, Motsart, İ.S.Bax, Brams, Şubert, Çaykovski, Şuman, Haydn, Şopen və Mendelson olublar.

“Bachtrack”, eyni zamanda “ən çalışqan” dirijorlara, orkestrlərə və daha çox yerinə yetirilən fərdi əsərlərə dair statistik məlumatlar da dərc edir.

Ötən il dünyanın ən məhsuldar dirijorları siyahısında estoniyalı Paavo Yarvi üçüncü, latviyalı dirijor Andris Nelsons isə birinci yerə layiq görülüblər.

210 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti