Gəncə terrorundan təsirlənib rep oxudu 
Arnold Şvartseneger yenə əməliyyat olundu
“O olmasın, bu olsun” tamaşası göstəriləcək
Mel Qibsonun iştirakı ilə çəkilən filmlərdən imtina olundu

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Azərin məşhur aparıcıya əsəbləşdi - video

04-01-2020


Hazırda Türkiyədə yaşayan Xalq artisti Azərin məşhur aparıcı Okan Bayülgenin "Muhabbet Kralı" verilişində qonaq olub.

Mtv.az xəbər verir ki, proqramda Bayülgenin "Azəri türkcəsi" deməsi ifaçını qəzəbləndirib və o aparıcının sözlərinə düzəliş edib:

"Azəri deməyin, Azərbaycan türkcəsi deyin. Bu siyasi bir şəcərədir. Başqa sözlə, siyasi qüvvələrin bizi idarə və bölmək üçün istifadə etdiyi bir üsuldur. Bir ağacın budaqlarını düşünün: Qazax, qırğız, özbək, azərbaycan və türkmən. Hindlilərin də dilində bir çox türk sözləri var. Dünya siyasəti bizi biri-birimizdən ayırdığı üçün coğrafiyamızın adını daşıyırdıq. Azərbaycan xalqı azərbaycanlıdır, amma azəri sözü ilə heç bir əlaqəmiz yoxdur. Biz türkük, dilimiz də türk dilidir".

Xatırladaq ki, verilişdə yaşanan bu hadisə Türkiyənin bir çox media orqanlarında işıqlandırılıb.

<iframe width="560" height="350" src="https://www.youtube.com/embed/IgO2Y2fPYPM" frameborder="0" allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></iframe>

207 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti