Hadisənin ailəsində qalmaqal səngimir
Tatlısəsin sevgilisi xəstəxanaya düşüdü - foto
Model yaraşıqlı kişi axtarır - foto
Ebrunu tanımaq çətin oldu - foto 

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Bakı 2020-ci ili atəşfəşanlıqla qarşıladı

01-01-2020


2019-cu il başa çatdı. Yola saldığımız il ölkəmizin inkişaf salnaməsinə daha bir uğur səhifəsi kimi yazıldı. Azərbaycan siyasi və beynəlxalq mövqelərini daha da möhkəmləndirdi, sosial-iqtisadi sahədə mühüm nailiyyətlər qazandı.

Mtv.az xəbər verir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2019-cu ildə həyatın bütün sahələrində əsaslı islahatlar aparılıb, ölkəmiz qarşıya qoyulan hədəflərə doğru inamla irəliləyib. Eyni zamanda, dünya azərbaycanlılarının həmrəyliyi istiqamətində önəmli addımlar atılıb. Odur ki, xalqımız 2020-ci ili böyük sevinc və nikbinliklə qarşılayıb. Yeni ilin ilk dəqiqələrində Dənizkənarı Milli Parkda yaşanan izdiham və möhtəşəm atəşfəşanlıq bunun əyani təcəssümü kimi qiymətləndirilə bilər.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə dekabrın 31-dən yanvarın 1-nə keçən gecə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Dənizkənarı Milli Parkda təşkil olunan bayram atəşfəşanlığını on minlərlə insan maraqla izləyib.

Yeni il münasibətilə Dənizkənarı Milli Park, paytaxtın digər parkları və mərkəzi küçələri bayramsayağı bəzədilib, yolkalar qurulub. Həmçinin müxtəlif yeni il atributları və simvolları, nağıl qəhrəmanlarının fiqurları quraşdırılıb, müxtəlif yerlərdə bayram yarmarkaları təşkil olunub.

Yeni ilin sevincini paylaşmaq üçün şəhərimizin küçə və meydanlarına axışan sakinlər və paytaxtımızın qonaqları gündən-günə gözəlləşən, yeni görkəm alan Bakı səmasını al-əlvan rənglərə boyayan bayram atəşfəşanlığına böyük maraq və heyranlıqla tamaşa ediblər.

Ötən ili xoş ovqatla yola salan xalqımız 2020-ci ili yeni arzular və qələbələr sorağı ilə qarşılayıb. Qədəmlərin uğurlu olsun, Yeni il!

106 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
31 Mart






































30 Mart