“Cumali”nin toyu oldu - foto
Cennifer Lopez sevgilisi ilə diqqət çəkdi - foto
Lətifə "Sınaq" klipindən danışdı
Müğənni Aygün Rəhimova hamilədir - foto

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Prezident və ailə üzvləri Heydər Əliyevin məzarını ziyarət etdilər - foto+video

12-12-2019


Dekabrın 12-də Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

Mtv.az xəbər verir ki, Milli Məclisin deputatları, nazirlər, komitələrin, şirkətlərin və idarələrin rəhbərləri, respublika ictimaiyyətinin nümayəndələri də Fəxri xiyabana gəliblər.

Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil qoyub. Azərbaycanın dövlət himni səslənib.

Dövlətimizin başçısı İlham Əliyev və ailə üzvləri Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyublar.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.

Ümummilli lider Heydər Əliyevin məzarının ziyarət edilməsi mərasimində Baş Nazir Əli Əsədov, Milli Məclisin Sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev və digər rəsmi şəxslər iştirak ediblər.

























80 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
25 Yanvar






























24 Yanvar