Müğənni Bodruma tətilə getdi
Səidə, Elnur və Samir görüşdülər - foto
Aktyor çəkilişdən 1,2 milyon qazandı
Madonna 61 yaşını çılpaq keçirdi - foto

Facebook instagram Twitter Youtube
GÜNDƏM

“Viva opera” adlı qala-konsert oldu - foto

10-12-2019


Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində “Viva opera” adlı qala-konsert olub.

Mtv.az xəbər verir ki, konsert teatrın aparıcı solistlərinin ifasında təqdim edilib.

Qala-konsertdə Xalq artistləri Fidan Hacıyeva, Samir Cəfərov, Əkrəm Poladov, Əli Əsgərov, Əməkdar artistlər Afaq Abbasova, İnarə Babayeva, Səbinə Vahabzadə, Fərid Əliyev, Cahangir Qurbanov, İlham Nəzərov, Əliəhməd İbrahimov, İlahə Əfəndiyeva, Fəridə Məmmədova, teatrın solistləri Nina Makarova, Taleh Yahyayev və teatrın xor kollektivi iştirak ediblər.

Konsertdə C.Verdi, C.Puççini, J.Bize, C.Rossini, P.Çaykovski, P.Maskanyi, Q.Donisetti, V.A.Motsart, N.Rimski-Korsakov, J.Massne və digər bəstəkarların əsərləri səslənib.

Proqramı Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin və “Humay” milli mükafatının laureatı, Opera və Balet Teatrının baş dirijoru Əyyub Quliyev və teatrın simfonik orkestri müşayiət edib.

Qala-konsert operasevərlər tərəfindən alqışlarla qarşılanıb.







219 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
11 İyul










10 İyul