Cennifer Lopez öz brendini yaradır - foto
Gənc vokalçı ölkəmizi uğurla təmsil etdi
Türkiyəli sənətçilər Azərbaycanı müdafiə etdilər - foto
“Avatar” filminin çəkilişi başa çatdı

Facebook instagram Twitter Youtube
GÜNDƏM

 Aybəniz Haşımova sənətdən gedir?

10-12-2019


Əməkdar artist Aybəniz Haşımova sənətdən getməsi ilə bağlı fikirlərə aydınlıq gətirib.

Mtv.az xəbər verir ki/, buu barədə Axşam.az-a danışan sənətçi bu addımın konsertində etmək istədiyini, lakin sonradan vaz keçdiyini söyləyib: “Məni və hamını narahat edən məsələlər bəllidir. Bu, incəsənətdir. Onu qorumalıyıq. Bəzi alternativ variantlar var ki, onları seçməyə məcbur qalırıq. Lakin son vaxtlar insanların münasibətini, mənə görə necə təsirləndiyini gördüm. Elə məktublar aldım ki, çox kövrəldim. Bir nəfər mənə yazmışdı ki, bizi qoyub, hara gedirsiniz? Xalqımıza minnətdaram. Yaxşı ki, sənətkarlara dəyər verən insanlarımız var. Bilirdim ki, reaksiya verəcəklər. Amma bu dərəcədə olacağını təxmin etmirdim. Elə bilirdim ki, hərə öz dərdi ilə əlləşir. Gördüm ki, yox...”.

A.Haşımova bildirib ki, sənət yoldaşları da onun üçün narahatlıq keçiriblər: “İndi də rahat deyillər. İçində elələri var ki, son anda səhnəni tərk edərəm deyə narahatlıq keçirir. Hamısına minnətdaram. Getməyə qərarlı idim, sadəcə fikrimi dəyişdirənlər oldu. Sənət yoldaşlarım mənə elə sözlər deyir ki, keçə bilmirəm. Bir sənətkar xanım dedi ki, bizə zərbə vuracaqsan. Hansı ki, ona həmişə həsədlə baxmışam...”.

Xatırladaq ki, sabah sənətçinin Akademik Milli Dram Teatrında konserti baş tutacaq.

292 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
1 Oktyabr






















30