Anna Sedokovanın biznesi iflasa uğradı
Müğənni çox xoşbəxt olduğunu dedi
 Ebru Hollivud ulduzlarına qonşu oldu
Azərbaycanlı modelinin paylaşımı diqqət çəkdi - foto

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Bakıda Maykl Qutman və Olqa Domnina konsert verdilər

18-11-2019


Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində Maykl Qutman (skripka) və Olqa Domninanın (piano) konserti keçirilib.

Mtv.az xəbər verir ki, Maykl Qutman və Olqa Domninanın Bakı konsertində tamaşaçılara musiqi dilində mübarizə və zəriflik, ümid və arzular, sevgi və nifrəti hissetmə anları bəxş edilib. Konsert boyu Bakının klassik musiqi həvəskarlarını müxtəlif janr və üslubların qeyri-adi birləşməsindən zövq alıb, virtuoz ifaların qarışığından ibarət musiqi dinləyiblər.

Maykl Qutman bildirib ki, bu, onun Bakıya artıq üçüncü səfəridir. Bu səbəbdən də buranı özünə yad hesab etmir. O deyib: “Qəbələ Musiqi Festivalında və Rostropoviç festivalında iştirak etmişəm. Bu gün Beynəlxalq Muğam Mərkəzinin bu gözəl, qeyri –adi zalında konsert verməkdən çox məmnunam”.

Qərb mətbuatı tanınmış skripka ifaçısı, Brüssel Kamera Orkestrinin dirijoru və direktoru Maykl Qutmanı XX əsrin dünya avanqard üslubunun banilərindən olan rəssam Şaqal ilə müqayisə edirlər. Rusiya Musiqi Akademiyasının məzunu olan Olqa Domnina isə (fortepiano) bir çox beynəlxalq müsabiqələrin qalibidir. Pianoçu dünya səhnələrində solo konsertlərlə yanaşı, kamera və simfonik orkestrlərlə birgə çıxış edib.

Konsertdə Maykl Qutman və Olqa Domninanın ifasında Bethoven, Brams, Britton, Şimanovski, Piazolla, Falya və dünya şöhrətli digər bəstəkarların əsərləri səsləndirilib. Kompozisiyalar tamaşaçılara gah lirik, gah ritmik, gah da emosional hisslər yaşadıb.

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzində Azərbaycan mədəniyyəti və incəsənətinin gözəl nümunələrinin təbliği və inkişafı məqsədilə həyata keçirilən tədbirlərlə yanaşı, “Klassik musiqi inciləri” adlı layihə də tamaşaçılar tərəfindən böyük maraqla qarşılanır. Layihə çərçivəsində klassik musiqi ifaçılarının, bəstəkarların yaradıcılıqlarına müraciət olunur, ən gözəl nümunələr təqdim edilir.

Dekabr ayında BMM-də “Klassik musiqi inciləri” layihəsi çərçivəsində Barselona Musiqi Akademiyasının professoru, dünyanın 17 eksklüziv pianoçusu siyahısında yer alan pianoçu-bəstəkar Senya Son “Yeddi notun ekologiyası” adlı proqramla çıxış edəcək.

28 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
5 Dekabr




































4 Dekabr