Anna Sedokovanın biznesi iflasa uğradı
Müğənni çox xoşbəxt olduğunu dedi
 Ebru Hollivud ulduzlarına qonşu oldu
Azərbaycanlı modelinin paylaşımı diqqət çəkdi - foto

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Azərbaycanlı dirijorun Paris konserti - foto

18-11-2019


Parisin 4-cü rayonunun Müqəddəs Lüdoviq kilsəsində Azərbaycanın Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri Əyyub Quliyev və tanınmış fransız dirijoru Salvitri de Rochefortun rəhbərliyi ilə “Zoroastr” ansamblının konserti olub.

Mtv.az xəbər verir ki, konsertin əvvəlində Paris Vokal Ansamblı Assosiasiyasının sədri və “Zoroastr” ansamblının sponsoru Jerar Pedraglio Azərbaycan, onun tarixi və coğrafiyası, eləcə də Əyyub Quliyev və onun fəaliyyəti haqqında ətraflı məlumat verib.

İki hissədən ibarət konsertdə İohan Sebastyan Bax və Volfqanq Amadey Motsartın əsərləri səsləndirilib.

Xatırladaq ki, “Zoroastr” ansamblının repertuarına daha çox XVIII əsr və XIX əsrin birinci yarısında yazılmış musiqi əsərləri daxildir. Ansamblda müxtəlif xalqları təmsil edən ifaçılar yer alıb.







30 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
5 Dekabr




































4 Dekabr