GÜNDƏM
Tamara Sinyavskaya xəstəxanaya yerləşdirildi
12-11-2019

Dünya şöhrətli müğənni və bəstəkar, SSRİ və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin həyat yoldaşı, opera müğənnisi Tamara Sinyavskaya təcili xəstəxanaya yerləşdirilib.
Mtv.az xəbər verir ki, 76 yaşlı sənətçi hazırda kardiocərrahiyyə şöbəsində müayinədən keçirilir.
Həkimlər müayinədən sonra əməliyyat və ya konservativ müalicə barədə qərar verəcəklər.
Xatırladaq ki, 1943-cü il iyulun 6-da anadan olan Tamara Sinyavskaya SSRİ Xalq artisti, Azərbaycanın Xalq artisti, musiqi sənətinin Əməkdar xadimidir. O, Rusiyanın "Şərəf" ordeni və IV dərəcəli "Vətənə xidmətlərinə görə" ordeni ilə təltif olunub.
66 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
13 Dekabr
12 Dekabr