Nazim açıqlaması ilə təəccüb doğurdu
Xuraman Şuşalının qızı doğuldu
Xəyalə dostlarının etibarsızlığından gileyləndi
Branko Lustiq dünyasını dəyişdi

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Folklor Festivalının bağlanış mərasimi olacaq

31-10-2019


Respublikamızın paytaxt və regionlarında fəaliyyət göstərən folklor kollektivlərinə dəstək göstərilməsi məqsədilə 2019-cu ilin sentyabr-oktyabr aylarında Ənənəvi Respublika Folklor Festivalının seçim mərhələsi keçirilib.

Mtv.az xəbər verir ki, həmin mərhələ çərçivəsində istedadlı uşaq folklor kollektivlərinin aşkar edilməsi, onlara dəstək göstərilməsi üçün müsabiqə təşkil edilib. Kollektivlərin qiymətləndirilməsi məqsədilə nazirliyin əməkdaşları, həmçinin respublikanın tanınmış incəsənət nümayəndələrindən ibarət münsiflər heyəti müəyyənləşdirilib. Seçim mərhələlərində uğurla çıxış etmiş kollektivlər Bakı şəhərində təşkil ediləcək bağlanış mərasiminə dəvət edilib.

Noyabrın 1-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Festivalın bağlanış mərasimi keçiriləcək. Tədbirdən öncə, saat 10:00-11:00-da kollektivlərin Azərbaycan Dövlət Kukla Teatrından başlayaraq Nizami küçəsindən keçməklə Azərbaycan Dövlət Akademik Musiqili Teatrınadək keçidi (parad) olacaq.

Bağlanış mərasimində “Qarabağ” folklor kollektivi (Ağcabədi rayonu), “Xəmsə” folklor rəqs kollektivi (Gəncə şəhəri), “Dastan aşıqları” ansamblı (Ağstafa rayonu), “Nənələr” folklor xalq kollektivi (Lənkəran şəhəri), “Buta” uşaq folklor ansamblı (Lənkəran şəhəri), “Halay” xalq kollektivi (Masallı rayonu), “Çıraqqala” zurnaçılar xalq kollektivi (Şabran rayonu), “Mel” folklor kollektivi (Qusar rayonu), “Assa” folklor rəqs qrupu (Qusar rayonu), “Oğuzlar” folklor kollektivi (Bakı şəhəri), “Şirvan” folklor xalq kollektivi (Şamaxı rayonu), “Buta” rəqs kollektivi (Şamaxı rayonu), “Zopu-zopu” etnoqrafik folklor rəqs ansamblı (Qəbələ rayonu), “Maral oyunu” folklor kollektivi (Kəlbəcər rayonu), “Adıgün” xalq folklor kollektivi (Saatlı rayonu), “Rəfti - Uzunömürlülər” xalq kollektivi (Lerik rayonu), “Abay” folklor kollektivi (Şəki şəhəri), “Mehriban bacılar” folklor kollektivi (Balakən rayonu), “Nənələr” folklor kollektivi (Balakən), “Şahinlər” folklor rəqs kollektivi (Sumqayıt şəhəri) və “Qobustan aşıqları” ansamblı (Qobustan rayonu) çıxışlar edəcəklər.

20 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
15 Noyabr


























14 Noyabr