Hadise və Murat Boz Avropa turnesinə çıxır
Nazim açıqlaması ilə təəccüb doğurdu
Xuraman Şuşalının qızı doğuldu
Xəyalə dostlarının etibarsızlığından gileyləndi

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Filipp Kirkorov Bakıya gəldi - foto

30-10-2019


Xalq artisti Filipp Kirkorov Bakıya gəlib.

Mtv.az xəbər verir ki, rusiyalı müğənni əkizlərini də gətirib.

Sənətçi Heydər Əliyev adına Hava Limanında media nümayəndələri ilə görüşüb.

Kirkorov oktyabrın 30 və 31-də paytaxtımızda verəcəyi konsertlə bağlı sualları cavablandırıb.

“Xüsusi təşəkkürümü Azərbaycan Prezidentinin ailəsinə bildirmək istəyirəm. Azərbaycalılar özəl və maraqlı millətdir. Hər zaman çalışmışam ki, gözlədikləri coşqunu reallaşdırım. Mən ilk dəfə hava limanında təşkil olunan mətbuat konfransında iştirak edirəm. Bu, çox kreativ bir addımdır. Azərbaycan hər zaman fərqlidir”, deyə o, bildirib.

Xalq artisti Heydər Əliyev Mərkəzinə gedəcəyini deyib:

“Mən bilərəkdən konsertdən qabaq arıqlayırdım. Çünki bilirdim ki, burada çoxlu yemək yeyəcəm. Dünən Nyu-Yorkda, bu gün isə Bakıdayam. Konsertdən əvvəl dadlı yemək, xeyli yatmaq və uşaqlarımla vaxt keçirmək istəyirəm. Mən adətən uşaqlarımı elə yerlərə aparıram ki, həm onlara, həm də mənə rahat olsun. Konsertimin ikinci günündə Heydər Əliyev Mərkəzində olacağam. Düşünürəm ki, bura dünyanın 8-ci möcüzəsidir. Xeyli vaxtımız olacaq. Mütləq İçərişəhərə səfərimiz olacaq və şoppinqə də vaxtımız var. Eyi zamanda, məşqlərimiz də olacaq. Çünki sizə konsertdə sürprizlərim olacaq”.

Bundan əlavə, pop ifaçısı Bakıda ev almaq niyyətindən də söhbət açıb: “Mən insanlara çox alışıram. Xüsusilə Azərbaycana... Həmişə fikirləşirəm ki, buradan ev almalıyam, kök salmalıyam. Çox yerlərdə olmuşam, ancaq Bakı mənim üçün siyahıda önəmli yerlərdən biridir. Bakıdan ev almaq niyyətim olsa da, çətin bir qrafikim olduğu üçün bunu edə bilmirəm”.

O, Birinci Vitse-Prezident başda olmaqla, bütün Azərbaycan xanımlarının şahzadə olduğunu vurğulayıb: “Mehriban Əliyevanın simasında Azərbaycan xanımları çox möhtəşəmdirlər, xeyirxahdırlar. Onlar bizim üçün bir şahzadədilər. Bu xanımları sevməmək mümkün deyil”. 

O bildirib ki, azərbaycanlı pərəstişkarları üçün möhtəşəm şou hazırlayıb.

Kirkorov səhnədə Xalq artisti Aygün Kazımova ilə olan duetini də səsləndirəcək.







34 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
15 Noyabr




























14 Noyabr