Aleyna Tilki mühafizəçi ilə gəzir
Sibel Can hamam xalatında - foto
Xatun düşmən olduğu Rəqsanəyə söz atdı
Natavan reper əri ilə şəkil çəkdirdi

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Azərbaycan estrada festivalında iştirak edəcək

23-10-2019


Qazaxıstanın paytaxtında oktyabrın 25-26-da “Voice of Nur-Sultan” beynəlxalq estrada festivalı keçiriləcək.

Mtv.az xəbər verir ki, Qazaxıstan Mədəniyyət və İdman Nazirliyinin təşkil etdiyi festivalda Azərbaycan, Rusiya, Bolqarıstan, Ukrayna, Gürcüstan, Portuqaliya, Çin və Qazaxıstandan olan ifaçılar iştirak edəcəklər.

Festival ölkənin birinci Prezidenti - elbasının təşəbbüsü ilə elan edilmiş “2019-cu ildə Gənclər ili” layihəsi çərçivəsində keçirilir.

İkinci ildir keçirilən “Voice of Nur-Sultan” beynəlxalq estrada festivalının formatı bu dəfə fərqli olacaq. Bu, yerli gənc ifaçılar üçün özlərini ifadə edə, təcrübə qazana və Qazaxıstanın vokal sənətinin inkişafına töhfə verəcəkləri yeni bir platformadır.

Layihə ölkənin mədəni imicini inkişaf etdirmək, Qazaxıstanın musiqi yaradıcılığını məşhurlaşdırmaq, gənc ifaçıların Rusiya, Ukrayna, Azərbaycan, Gürcüstan, Bolqarıstan, Portuqaliya və Çindən məşhur yerli və xarici ulduzlarla eyni səhnədə çıxışlarını təmin etmək məqsədilə həyata keçirilir.

48 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
22 Noyabr


21 Noyabr