Sərdar Ortaç qumarda 120 min dollar uduzdu
Aktrisa ərinə yemək bişirmək üçün dərs alır
Əməkdar artistin yeni bığı bəyənilmədi
Aktrisa reklama çəkilir

Facebook instagram Twitter Youtube
GÜNDƏM

 “Altın Kelebek” üçün namizədlərin adları bəlli oldu - video

16-10-2019


Türkiyədə təqdim olunacaq 46-cı “Altın Kelebek” mükafatlarının azərbaycanlı namizədlərinin adları bəlli olub.

Mtv.az xəbər verir ki, bu dəfə “Altın kelebek” üçün 10 azərbaycanlı məşhur mübarizə aparacaq.Ötən illərdən fərqli olaraq, Azərbaycan bu il iki kateqoriyada mükafat alacaq. Bunlardan biri müğənnilərə, digəri isə aktrisalara veriləcək.

Bir dəfə “Azərbaycanın ən parlaq ulduzu” nominasiyası üzrə qalib olan Əməkdar artist Röya Ayxan bu dəfə də mübarizəyə qoşulacaq. Onunla birgə yarışanlar sırasında qadınlardan müğənnilər Sevda Yahyayeva, Nura Suri, kişilərdən isə Murad Arif, Xəyyam Nisanov, Azad Şabanov, Elçin Cəfərov da var.

“Ən yaxşı aktrisa” nominasiyası üzrə isə aktrisalar Pərvin Abıyeva, Oksana Rəsulova və Kəmalə Piriyeva yarışacaq.

Qeyd edək ki, noyabrın 16-sı “Altın kelebek”in siması Ebru Şahin Bakıya gələcək. Təşkil edilən tədbirlə namizədlərin adı bəlli olacaq. Bu il namizədlərin konserti planlaşdırılmır.

Onu da bildirək ki, indiyədək Azərbaycan mükafatlandırma gecəsində iki dəfə iştirak edib. “Altın kelebek”i Xalq artisti Aygün Kazımova və Əməkdar artist Röya Ayxan qazanıb.

<iframe width="560" height="350" src="https://www.youtube.com/embed/iILBPaWHtDw" frameborder="0" allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></iframe>

<iframe width="560" height="350" src="https://www.youtube.com/embed/AU_h9lYMsWo" frameborder="0" allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></iframe>

28 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
17 Noyabr


































16 Noyabr