Model 3-cü övladını dünyaya gətirdi
"Heç kimə paxıllıq etmirəm” - müğənni
Türkiyəli aktrisa Bakıya gəlir - foto
Oksana qapalı libaslara üstünlük verir

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Vüsalə Musayeva Kölndə oxudu - foto+video

01-10-2019


Xanəndə Vüsalə Musayeva Almaniyanın Köln şəhərində keçirilən Almaniya Ələvi Birlikləri Federasiyasının 30 illiyinə həsr olunmuş “Yol Bir Sürək Minbir” adlı konsertdə iştirak edib.

Mtv.az xəbər verir ki, Avropa və Türkiyədən sənətçilərin qatıldığı konsertdə xanəndə Vüsalə Musayeva İmadəddin Nəsiminin “Sığmazam” qəzəlini ifa edib. Sənətçi bildirib ki, gecədə 1000 nəfərlik xor kopellası və orkestrinin müşayiəti ilə Məhəmməd Füzulinin, Şah İsmail Xətainin qəzəllərinə mahnılar səsləndirilib: “Nəsiminin 650 illik yubileyi də diqqət mərkəzində oldu. Şairin “Sığmazam” qəzəlinə səsləndirdiyim muğam çox maraqla qarşılandı”.
Gecədə dünyada baş verən amansız qətliam qurbanlarının anısına şamlar yandırılıb. Azərbaycan adına bu missiyanı Almaniyada yaşayan jurnalist Tünzalə Rafiqqızı yerinə yetirib. O, Qafqazın ən dəhşətli faciəsi olan Xocalı soyqrımının qurbanlarının xatirəsinə şam yandırıb. İnsanların dinindən, dilindən, irqindən asılı olmayaraq, yalnız bir fikir ətrafında birləşdiyi bir tədbir olduğunu bildirən T. Rafiqqızı qeyd edib ki, dünyada baş verən qətliam qurbanları çıraq yandırılaraq anılıb: “Mən də Xocalı faciəsinin qurbanları adına orda idim. Təbii ki, milyonların diqqətinin yönəldiyi belə bir tədbirdə olmaq böyük şərəf və məsuliyyətdir”.

Xatırladaq ki, sözügedən tədbiri 15 min tamaşaçı canlı izləyib. Gecənin aparıcıları Türkiyənin tanınmış sənətçiləri Mehmet Ali Alabora və Füsun Demirel olub.


 



23 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
16 Oktyabr






































15 Oktyabr