Model 3-cü övladını dünyaya gətirdi
"Heç kimə paxıllıq etmirəm” - müğənni
Türkiyəli aktrisa Bakıya gəlir - foto
Oksana qapalı libaslara üstünlük verir

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Bülbülün xatirəsi anılıb

26-09-2019


Azərbaycan professional vokal sənətinin banisi, görkəmli opera müğənnisi, SSRİ Xalq artisti Bülbülün xatirə günüdür. Böyük sənətkarın vəfatından 58 il ötür.

Mtv.az xəbər verir ki, mədəniyyət xadimləri, musiqi ictimaiyyətinin nümayəndələri sentyabrın 26-da Fəxri xiyabana gələrək dahi sənətkarın məzarı üstünə tər çiçək dəstələri qoyaraq xatirəsini hörmətlə yad ediblər.

Anım tədbirində görkəmli sənətkarın sənət yoluna nəzər salınıb. Bildirilib ki, Bülbül öz bənzərsiz yaradıcılığı ilə musiqimizin daha da zənginləşməsinə böyük töhfələr verib.

Şuşa yaxınlığındakı Xanbağı adlanan yerdə anadan olan Bülbül səhnə fəaliyyətinə 1916-cı ildən başlayıb. Bülbül adı ona xalq tərəfindən qeyri-adi dərəcədə məlahətli səsinə görə verilib.

Bülbül 1920-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub. Fəaliyyətinin ilk illərində Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” (İbn Salam), “Əsli və Kərəm” (Kərəm), Z.Hacıbəyovun “Aşıq Qərib” (Qərib) operalarında əsas partiyaları ifa edib. 1927-ci ildə Azərbaycan Dövlət Konservatoriyanı bitirib. Təhsilini davam etdirmək üçün dövlət xətti ilə İtaliyanın Milan şəhərinə gedib. Hələ sağlığında ən yüksək fəxri adlar, orden və medallara layiq görülüb. Azərbaycan Dövlət Konservatoriyasının professoru olub, xalq musiqisini öyrənən elmi tədqiqat kabinetini yaradıb.

Bildirilib ki, Azərbaycan professional musiqi sənətinin inkişafında böyük xidmətlər göstərmiş Bülbülün xatirəsi bundan sonra da xalqımız tərəfindən daim əziz tutulacaq, hörmətlə yad olunacaq.

 

34 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
16 Oktyabr






































15 Oktyabr