"Heç kimə paxıllıq etmirəm” - müğənni
Türkiyəli aktrisa Bakıya gəlir - foto
Oksana qapalı libaslara üstünlük verir
Dima Bilan heç vaxt evlənməyəcək

Facebook instagram Twitter Youtube
GÜNDƏM

“Rast dünyası” muğam axşamı təşkil olundu

20-09-2019


Sentyabrın 19-da Beynəlxalq Muğam Mərkəzində “Rast dünyası” muğam axşamı təşkil olunub.

Mtv.az xəbər verir ki, Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşan konsertdə muğam və təsniflər səsləndirilib.

Xalq artistləri Aygün Bayramova, Nəzakət Teymurova və Teyyub Aslanovun iştirakı ilə gerçəkləşən konserti “Könül” ansamblı müşayiət edib.

Sevilən xanəndələrimizin hər birinin “Rast” muğamına fərdi baxışı və yanaşması fərqli bir muğam axşamı dəstgahı yaradıb.

Xatırladaq ki, sentyabrın 30-dək davam edəcək builki festival çərçivəsində 40-dək tədbirin təşkili nəzərdə tutulur.

Festivalda ABŞ, Rusiya, Çin, Türkiyə, İtaliya, Özbəkistan, Belarus, Bolqarıstan, Ukrayna və Gürcüstandan tanınmış musiqi kollektivləri iştirak edir.

51 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
16 Oktyabr




































15 Oktyabr