"Heç kimə paxıllıq etmirəm” - müğənni
Türkiyəli aktrisa Bakıya gəlir - foto
Oksana qapalı libaslara üstünlük verir
Dima Bilan heç vaxt evlənməyəcək

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Bazar günü hava necə olacaq?

14-09-2019


Azərbaycanda sentyabrın 15-də gözlənilən hava şəraiti açıqlanıb. 

Mtv.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadla xəbər verir ki, bazar günü Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. 

Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 16-20° isti, gündüz 24-27° isti, Bakıda gecə 16-18° isti, gündüz 25-27° isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 55-65 % olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 13-17° isti, gündüz 24-29° isti, dağlarda gecə 5-10° isti, gündüz 10-15° isti təşkil edəcək.

48 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
16 Oktyabr




































15 Oktyabr