Aktrisa “Ferhat ile Şirin”də rol alacaq
Aysel iddialara cavab verdi
Lolitanın əri ilə ayrılıq səbəbi bəlli oldu
Dünya şöhrətli aktyor bənzərsiz olmaq istəyir

Facebook instagram Twitter Youtube
GÜNDƏM

“Məhəbbət əfsanəsi” Başqırdıstanda nümayiş etdiriləcək

13-09-2019


Sentyabrın 13-də Başqırd Dövlət Opera və Balet Teatrında görkəmli bəstəkar, Azərbaycanın və SSRİ-nin Xalq Artisti Arif Məlikovun “Məhəbbət əfsanəsi” baleti nümayiş etdiriləcək.

Mtv.az xəbər verir ki, əsər Rudolf Nureyev adına XXII Beynəlxalq Balet Sənəti Festivalı çərçivəsində nümayiş olunacaq. Əsas partiyaları Rusiya Dövlət Akademik Böyük Teatrının solisti Mariya Vinoqradova (Şirin) və Mixaylov Teatrının premyeri İvan Vasilyev (Fərhad) ifa edəcək. Baletin quruluşçu dirijoru Başqırdıstanın Əməkdar İncəsənət Xadimi German Kimdir.

Xatırladaq ki, sentyabrın 7-dən başlanmış XXII Beynəlxalq Balet Sənəti Festivalı bu ayın 24-dək davam edəcək.

“Məhəbbət əfsanəsi” baletinin dünya premyerası 1961-ci il martın 23-də Leninqrad Opera və Balet Teatrında (indiki Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrı) olub. Səhnə əsərinin musiqisi, parlaq xoreoqrafiyası onu balet sənətinin daim arzulanan repertuar əsərlərindən birinə çevirib. Əsərin uğurlu olmasının sirri burada hadisələrin yeni quruluşda cərəyan etməsində, baletin yeni dramaturgiyasındadır.

51 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
21 Oktyabr


























20 Oktyabr