Nigar Camal özünə ad günü keçirdi - foto+video
 Oksananın  kişilərdən "xoşu" gəlmir
Aktrisaya 3 milyonluq avtomobil hədiyyə edildi
Oskar laureatı yeni filmə çəkiləcək

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Sami Yusuf “Sığmazam”ı möhtəşəm oxudu - video

10-09-2019


Dünya şöhrətli azərbaycanlı ifaçı Sami Yusuf böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin “Sığmazam” qəzəlini özünəməxsus şəkildə ifa edib.

Mtv.az xəbər verir ki, qəzələ musiqi yazan müğənni onu xoru və orkestri ilə birgə oxuyub.

Mahnıda sənətçiyə Əməkdar artist Təyyar Bayramov və Aşıq Samirə də yoldaşlıq edib. Onlar mahnının muğam hissəsini səsləndiriblər.

“Nəsimi” adlandırılan ifa Sami Yusufun rəsmi “Youtube” kanalına yerləşdirilib. 14 saat ərzində 100 mindən çox baxış sayı toplayıb.

“Sonuncu mahnım “Nəsimi”ni təqdim etdiyimə görə çox xoşbəxtəm. Bu musiqi qəlbimə yaxındır və indiyədək olan ən yaxşı işlərimdən biridir. Burada yüksək enerjili səslər, çox istedadlı 57 nəfərlik orkestr və ovsunlayıcı vokallar çalışıb. Şeir sevgi və tolerantlığı əks etdirən 14-cü əsrdə Azərbaycanın əfsanəvi şairi olmuş Nəsiminindir” deyə, layihə barədə S.Yusuf yazıb.                                          

Xatırladaq ki, layihə Bakıda İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi çərçivəsində həyata keçirilib.

<iframe width="560" height="350" src="https://www.youtube.com/embed/iBd1r5VOK2c" frameborder="0" allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></iframe>

33 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
16


































15