Model 3-cü övladını dünyaya gətirdi
"Heç kimə paxıllıq etmirəm” - müğənni
Türkiyəli aktrisa Bakıya gəlir - foto
Oksana qapalı libaslara üstünlük verir

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Timur Əsgərov “Karmen-süita” baletində 

15-09-2019


Noyabrın 28-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının “Mariya-2” səhnəsində Jorj Bize və Rodion Şedrinin “Karmen-süita” birpərdəli baleti nümayiş etdiriləcək.

Mtv.az xəbər verir ki, baletdə Xozenin partiyasını Azərbaycanın Əməkdar artisti Timur Əsgərov ifa edəcək.

Səhnə əsərinin dünya premyerası 1967-ci ildə Moskvada Rusiya Dövlət Akademik Böyük Teatrında olub. Balet Mariya Teatrında ilk dəfə 2010-cu ildə nümayiş etdirilib.

T.Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Ukrayna Milli Akademik Opera və Balet Teatrında çalışıb. O, 2011-ci ildən Mariya Teatrında fəaliyyət göstərir. Teatrın truppası ilə birlikdə Avropa, Amerika və Asiya ölkələrində qastrolda olub.

42 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
16 Oktyabr






































15 Oktyabr