Sərdar Ortaç qumarda 120 min dollar uduzdu
Aktrisa ərinə yemək bişirmək üçün dərs alır
Əməkdar artistin yeni bığı bəyənilmədi
Aktrisa reklama çəkilir

Facebook instagram Twitter Youtube
GÜNDƏM

TÜRKSOY-un Gənclər Kamera Orkestri Bakıya gəlir

09-09-2019


Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un Gənclər Kamera Orkestri Orta Asiya və Azərbaycan turnesinə çıxıb.

Mtv.az xəbər verir ki, kollektivin səfəri Qazaxıstandan başlayıb. Orkestr avqustun 27-dən sentyabrın 2-dək Qazaxıstanın Türkistan, Şımkent, Taraz şəhərlərində konsertlər verib. Kollektiv bu gün Qırğızıstanın paytaxtı Bişkekdə çıxış edəcək. Ayın 6-da yenidən Qazaxıstana qayıdaraq Almatı şəhərində konsert verəcək. Daha sonra isə kollektiv Bakıya gələcək.

Sentyabrın 9-da TÜRKSOY-un Gənclər Kamera Orkestri M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında çıxış edəcək.

Xatırladaq ki, 2010-cu ildə yaradılan orkestr dünyanın müxtəlif şəhərlərində 60-a yaxın konsert verib. On ölkəni təmsil edən gənc ifaçılardan ibarət orkestrə üç dirijor – Azərbaycandan Mustafa Mehmandarov, Qazaxıstandan Ənvər Əkbərov və Tatarıstandan Renat Salavatov rəhbərlik edirlər.

Türk dünyasının müxtəlif ölkələrindən gənc sənətçilərin bir araya gəlməsi ilə yaradılan orkestrin konserti sənətsevərlər tərəfindən böyük maraqla qarşılanıb.

TÜRKSOY-un baş katibi Düsen Kaseinov Qazaxıstanda keçirilən konsertlərdə çıxış edərək, gənc istedadların bu konsertlər vasitəsilə türkdilli ölkələrin bəstəkarlarını dünyaya tanıtdıqlarını bildirib. Baş katib orkestrin turnesinin Türk Şurasının yaradılmasının 10 illiyinə həsr olunduğunu söyləyib.



101 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
18 Noyabr


17 Noyabr