Jay-Z xeyriyyə addımı ilə gündəmə gəldi - foto
Sıla Kiprdə konsert verdi - foto
Aktyor 38 illik xanımı ilə yollarını ayırır
Məşhur reper eşq yaşayır

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Küsülü müğənnilər eyni masada əyləşmədilər

04-09-2019


​Şou-biznesin tanınmış simalarının yer aldığı məclislərin birində küsülü müğənnilər üz-üzə gəlsələr də, danışmayıblar.

Mtv.az xəbər verir ki, maraqlı anlar yaşanan məclisdə diqqətçəkən simalar Xalq artisti Aygün Kazımova və Əməkdar artist Röya Ayxan olublar.

Bir-birindən uzaq masalarda əyləşdirilən ifaçılar dostlarını başına yığaraq əyləniblər.

Röya dostları Əməkdar artist Miri Yusif, müğənni Zamiq Hüseynov, stilist Elnur Həsənov, aktyor Elşən Orucovla eyni masada əyləşib.

A. Kazımova isə müğənni Rəhim Rəhimli, şair Calal Qurbanovla başqa bir masada əyləşib.

Röyanın yan masasında isə küsülü olduğu Nigar Camal əyləşib. Gecədə eyni zamanda aralarında soyuq savaş davam edən meyxanaçı Namiq Qaraçuxurlu və müğənni Roza Zərgərli də yer alıb.

Xalq artisti Faiq Ağayev də küsülü olduğu Əməkdar artist Tünzalə Ağayeva ilə sözügedən gecədə üz-üzə gəlib. Tünzalə ilə A.Kazımovanın da küsülü olduğu hər kəsə bəllidir.

87 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
12 Noyabr














11 Noyabr