Aktrisa “Ferhat ile Şirin”də rol alacaq
Aysel iddialara cavab verdi
Lolitanın əri ilə ayrılıq səbəbi bəlli oldu
Dünya şöhrətli aktyor bənzərsiz olmaq istəyir

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Fərəc Qarayevin əsəri Moskva Konservatoriyasında səsləndiriləcək

02-09-2019


Sentyabrın 29-da P.İ.Çaykovski adına Moskva Konservatoriyasının Kiçik zalında P.İ.Yurqenson Fondunun yaradıcısı Boris Yurqensonun (1949-2015) yubileyinə həsr edilmiş konsert proqramı təqdim ediləcək.

Mtv.az xəbər verir ki, konsertin proqramına bəstəkar, Azərbaycanın Xalq artisti, professor Fərəc Qarayevin də əsəri daxil edilib.

Konsertdə professor Fərəc Qarayevin fortepiano, klarnet və simli kvartet üçün “Postlüdiya – VIII” əsəri səsləndiriləcək. Əsər “Yeni musiqi studiyası” ansamblı tərəfindən ifa ediləcək. Konsert barədə məlumat, həmçinin Moskva Dövlət Konservatoriyasının saytında yer alıb.

62 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
21 Oktyabr


























20 Oktyabr