Anar attestatımı 100 dollara alıb
Hadisə aktyordan ayrılıb?
Cəmilə ana olduqdan sonra xeyli arıqladı
Nilay üçün evlilik işə əngəl deyil - foto

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Camal Əliyev Britaniyada konsert verəcək

02-09-2019


Sentyabrın 13-də violonçel ifaçısı Camal Əliyevin Qreyşotda (Böyük Britaniya, Hempşir) konserti olacaq.

Mtv.az xəbər verir ki, o, LMP (London Mozart Players) Kamera Orkestri ilə birgə çıxış edəcək. 

Bu barədə məlumat musiqiçinin və orkestrin saytlarında yer alıb. Konsertdə P.Çaykovskinin “Rokoko mövzusunda variasiyaları” səsləndiriləcək.

Beynəlxalq mükafatlar laureatı Camal Əliyev Türkiyə, Böyük Britaniya, Fransa, İsveçrə, Çin və başqa ölkələrdə festivallarda iştirak edib, solo konsertlər verib. O, Azərbaycan tarixində ilk dəfə BBC radiosunda orkestrin müşayiəti ilə solo çıxış edib, “BBC Introducing Classical Artist” proqramının iştirakçısı olub.

264 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
14 İyul














13 İyul