Modelin uşaqlarının bağça xərci 100 min lirədir
Hadisənin rəqsi bəyənilmədi - video
Müğənni imicini dəyişdirdi
Həkim müğənnini məhkəməyə verdi

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Bakıda 32-34 dərəcə isti olacaq

14-08-2019


Azərbaycanda avqustun 15-də gözlənilən hava şəraiti açıqlanıb.

Mtv.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadla xəbər verir ki, Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. 

Lakin səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 19-24, gündüz 30-34, Bakıda gecə 20-22, gündüz 32-34 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi norma daxilində 762 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-75, gündüz 45-50 faiz olacaq.

Abşeron çimərliklərində mülayim cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 24-25 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında avqustun 15-də havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şimal və şərq rayonlarında qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24, gündüz 31-36, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə, avqustun 15-16- da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, cənub küləyinin üstünlüyü bəzi insanlarda narahatlıq hissi yarada bilər.   

85 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
18 Oktyabr








































17 Oktyabr