Aşıq Samirə keçmiş ərini hələ də sevir
Aktrisa “Ferhat ile Şirin”də rol alacaq
Aysel iddialara cavab verdi
Lolitanın əri ilə ayrılıq səbəbi bəlli oldu

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Musiqiçilər Bakıda konsert verəcəklər

14-08-2019


Sentyabrın 23-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq artisti, dirijor Fəxrəddin Kərimovun rəhbərliyi ilə Q. Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri konsert proqramı ilə çıxış edəcək.

Mtv.az xəbər verir ki, konsertdə Xalq artisti, pianoçu Murad Adıgözəlzadə bəstəkar Azər Dadaşovun Fortepiano və orkestr üçün konsertini, tanınmış rusiyalı violin ifaçısı Alyona Bayeva isə dünya şöhrətli bəstəkar, SSRİ Xalq artisti Rodion Şedrinin “Concerto Cantabile” violin və simli orkestr üçün konsertini (Bakıda ilk dəfə səslənir) ifa edəcəklər. Bundan başqa, konsertin proqramına görkəmli bəstəkarlar Karl Yenkinsin simli orkestr üçün “Palladio” və Paul Hindemitin simli kvartet üçün “Minimax” (Bakıda ilk dəfə) əsərləri də daxildir.

Xatırladaq ki, konsert proqramı Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşacaq.

75 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
22 Oktyabr




21 Oktyabr