Aktrisanın gözündən yaş axdı - foto
Adriana Lima tətildən doymur
Aktyor sevgilisinə xəyanət etdi
Nura Surinin Bodrum istirahəti başa çatdı

Facebook instagram Twitter Youtube
GÜNDƏM

 Kolumbiya musiqisi gecəsi keçirildi

06-07-2019


Kolumbiyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə iyulun 3-də “Hyatt Regency” otelində Kolumbiya musiqisi gecəsi keçirilib.

Mtv.az xəbər verir ki, tədbirdə Kolumbiyanın populyar “Puerto Candelaria” klubu çıxış edib. Latın Amerikası xalqlarının musiqilərini ifa edən kollektivin bir neçə uğurlu albomu (“Cinema Tropico”, “Kolombian Jazz”, “Amor u Deudas”, “Yo Me Llamo Cumbia” və s.) buraxılıb və dünyanın bir çox ölkələrinə qastrol səfərləri olub.

“Puerto Candelaria” qrupunun konserti böyük maraqla qarşılanıb.

Musiqiçilər Azərbaycandan sonra Türkiyə, Polşa, Rusiya, Portuqaliya, İrlandiya və Macarıstanda səhnəyə çıxacaqlar. Onlar "Cumbia Underground" və "Jazz a lo Colombiano" kimi öz ritmlərini yaradıblar.

Xatırladaq ki, "Puerto Candelaria" 2000-ci ildə Kolumbiyanın Medelyin şəhərində yaradılmış qrupdur. Qrup özünə musiqi şousunun tamamilə yeni və orijinal forması kimi yer edib. İllər sonra onların ideyaları Kolumbiyanın son illərdəki ən cəsarətli, təzadlı və yenilikçi musiqi layihəsi elan edilib.



Xatırladaq ki, tədbir çərçivəsində Kolumbiya yazıçılarının əsərlərindən və bu ölkənin incəsənət nümunələrindən ibarət sərgi açılıb.

45 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
20




































19