Aktrisanın şəklini 100 min insan bəyəndi
Bülent Ersoy konsert verdi
“Sərrast atıcı 2”nin treyleri təqdim olundu
İrem Derici izləyicilərini tənqid etdi

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Moskvada “Caz-muğam” konserti oldu - foto

15-06-2019


M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Nəbatat bağında açıq səma altında “Caz-muğam” konserti olub.

Mtv.az xəbər verir ki, Riyad Məmmədovun (fortepiano) triosu – Yevgeni Ryaboy (zərb alətləri), Aleksandr Lupaçik (bas-gitara), Taras Qusarov (saksofon) və dəvət edilmiş musiqiçilər – Azərbaycanın Əməkdar artistləri Ehtiram Hüseynov (xanəndə), Kamran Kərimov (nağara) və Əliağa Sədiyev (tar) Azərbaycan xalq mahnılarını, habelə Azərbaycan bəstəkarları Vaqif Mustafazadə və Səid Rüstəmovun əsərlərini Riyad Məmmədovun aranjimanında ifa ediblər. Vaqif Mustafazadənin “Bahar”, “Düşüncə”, “Mart”, Səid Rüstəmovun “Getmə, gəl” və digər əsərləri, habelə Ehtiram Hüseynovun triosunun çıxışı dinləyicilərə güclü təsir bağışlayıb.

İfaçıları gurultulu alqışlarla mükafatlandıran dinləyicilər onları uzun müddət səhnədən buraxmaq istəmirdilər. Musiqiçilər bu alqışlara cavab olaraq, Çik Korianın əsərini ifa ediblər.

Riyad Məmmədov “fortepiano” ixtisası üzrə Moskva Konservatoriyasını və aspiranturasını, həmçinin musiqi nəzəriyyəsi ixtisası üzrə aspiranturanı bitirib. O, “MusicAeterna” orkestri, Kanadanın “Niagara Silkway” kamera orkestri, “Münchner Philharmoniker” və digər orkestrlərlə Azərbaycan, Rusiya, Belçika, Kanada və Fransada çıxış edib. Müxtəlif ölkələrdə beynəlxalq festivallarda iştirak edən R. Məmmədov həm də pedaqoji fəaliyyətlə məşğuldur.





37 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
22 İyul






























21 İyul