Serdar Ortaçın keçmiş xanımı Dubayda dincəlir
Bacısı Özcan Denizdən kömək istədi
Oksana imicində dəyişiklik etdi - foto
Aktyor 7 yaş kiçik vəkil sevgilisi ilə evlənir

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Nigar Camal “Söhbətsiz”ə qonaq oldu, Röyadan danışdı

11-06-2019


“Eurovision” qalibi Nigar Camal “MTV Azərbaycan”da yayımlanan “Söhbətsiz” proqramında qonaq olub.

Mtv.az xəbər verir ki, ifaçı “Altın kelebek” mükafatları zamanı Əməkdar artist Röya Ayxanla olan qalmaqalı barədə sualları cavablandırıb.

Sənətçi Röya ilə yaxın münasibətlərinin olmadığını bildirib: “Röya ilə heç vaxt dost olmamışıq. Özü məni tapdı, duet etmək istədi. Biz 3 dəfə görüşdük. Sonra “Altın kelebek” oldu. Özü zəng edib, Miri Yusifdən nömrəmi götürmüşdü. Əvvəldən bilirdim ki, “Altın kelebek” almayacağam. Mənə dedilər ki, “Oskar” mükafatları kimi qırmızı xalı filan var. Düşündüm ki, maraqlı olacaq. Gedəndə gördüm ki, “Eurovision”un yanında “Altın kelebek” heç nədir. Türk mediasından 2-3 nəfər var idi, onlar da yalnız öz məşhurlarından müsahibə götürürdü. Bizi isə tanıyan yox idi, ancaq “Xəzər” TV ilə ATV müsahibə alırdı. Bir də “Altın kelebek”ə təklif gəlsə, getmərəm. Mən Röyanı təbrik etdim. Nə etməli idim ki? Ona “bunu” sözünü deməmişəm, rus dilliyəm deyə, sözüm belə anlaşılıb”.

123 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti