Müğənni kosmetika brendi yaradır
"Ona hər şey halal olsun" - Serdar Ortaç
Müğənni yeni sevgili tapdı
Samir Cavadzadə hamıdan tez oyanır

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Parisdə Azərbaycan konserti - foto

06-06-2019


Azərbaycanın Fransadakı səfirliyinin, Azərbaycanın Dostları Assosiasiyasının və “Azərbaycan Evi” Assosiasiyasının birgə təşkilatçılığı ilə Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində ölkəmizdə qadınlara səsvermə hüququnun verilməsinin 100 illiyi münasibətilə konsert təşkil olunub.

Mtv.az xəbər verir ki, tədbirdə səfirliyin siyasi məsələlər üzrə müşaviri Vaqif Ağayev çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən və əldə etdiyi nailiyyətlərdən danışıb. Bildirib ki, Cümhuriyyətin ən böyük nailiyyətlərindən biri də qadınlara səsvermə hüququnun verilməsidir. Cümhuriyyət dilindən, cinsindən və etnik mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqlar verib.

Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyətinin fəaliyyətindən, iki ölkə arasındakı münasibətlərdən, qardaşlaşmış şəhərlərdən söz açıb.

Bakı Musiqi Akademiyasının professoru Zümrüd Dadaşzadə bəstəkarlıq təhsili almış ilk azərbaycanlı qadın - Ədilə Hüseynzadə haqqında ətraflı məlumat verib. O, çıxışında A.Çexovun “İnsanda hər şey gözəl olmalıdır: həm üz, həm geyim, həm ürək, həm fikirlər” kəlamını Ədilə Hüseynzadəyə şamil edərək, onun musiqiyə, sənətə hədsiz vurğunluğunu diqqətə çatdırıb. Müəllimi olmuş Ə.Hüseynzadənin həyat və yaradıcılığından danışan professor onun XX əsrin 40-cı illərində Üzeyir Hacıbəylinin təşəbbüsü və xeyir-duası ilə musiqi aləminə gəldiyini bildirib. O, Ə.Hüseynzadənin bir çox janrlarda uğurla çalışaraq simfonik poema, simli kvartet, kantata, xor miniatürləri yaratdığını qeyd edib. Bəstəkarın yaradıcılığında romans janrına üstünlük verdiyi diqqətə çatdırılıb.

Tədbirin bədii hissəsində Xalq artisti Fidan Hacıyeva, beynəlxalq müsabiqələr laureatı Səidə Tağızadə, Əməkdar artist Aleksey Miltıxinin ifasında bəstəkarın əsərləri səsləndirilib.

Musiqimizi ölkəmizdə və xaricdə uğurla təmsil edən Fidan Hacıyeva bəstəkar Ədilə Hüseynzadənin müxtəlif illərdə yazmış olduğu romansları səsləndirib.

Azərbaycan musiqisinə sonsuz sevgisi F.Hacıyevanı daim axtarışlara, müasir musiqi mədəniyyətimizə fayda vermək naminə fəaliyyət göstərməyə, ötən əsrdə yazılmış əsərlərə novatorluqla yanaşmağa sövq edir. Konsertdə “Mənim arzum”, “Yaşamaq”, “Gözlərin matəmi Xirosima” (Rəsul Rza), “Günəşdən gənclik istədim” (Nigar Rəfibəyli), “Çiçək” (Aleksandr Puşkin), “Yadigar”, “Qara gözlər” (İsmayıl Soltan) və digər romanslar səsləndirilib. Daim yaradıcılıq axtarışında olan Fidan Hacıyeva ifası ilə bu əsərləri fransalı tamaşaçı auditoriyasına uğurla çatdırıb. Parisdə ikinci dəfə konsert verən F.Hacıyevanın ifası tədbir iştirakçılarına unudulmaz anlar yaşadıb. Fransız musiqisevərlər ilk azərbaycanlı qadın bəstəkarın musiqilərini maraqla qarsalayıblar.

Konsertdən sonra Fidan Hacıyeva sənətini sevənlər onunla söhbət edib, xatirə şəkilləri çəkdiriblər.













225 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
21 Noyabr


20 Noyabr