İzzət Bağırov həmişə Xatirə İslama yox deyib
Elnarə hamını təəccübləndirdi - foto
 Banu Alkan özünü ən namuslu qadın sayır
Nura Suri əməliyyat olundu

Facebook instagram Twitter Youtube
GÜNDƏM

 Mürsəl Bədirovun xatirə gecəsi keçirildi - foto

19-04-2019


Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Mədəniyyət Nazirliyi və “Mədəniyyət” televiziya kanalının dəstəyi ilə tanınmış opera müğənnisi, Azərbaycan SSR-in Xalq artisti Mürsəl Bədirovun xatirə gecəsi keçirilib.

Mtv.az xəbər verir ki, aprelin 18-də baş tutan tədbirdə Azərbaycan Televiziyası və Radiosunun Niyazi adına Simfonik Orkestrinin ifasında vaxtilə Mürsəl Bədirovun iştirak etdiyi “Koroğlu”, “Leyli və Məcnun”, “Karmen”, “Yevgeni Onegin”, “Faust” və başqa operalardan parçalar səslənib.

Xatırladaq ki, tanınmış opera müğənnisinin adı Azərbaycan mədəniyyəti tarixinə qızıl hərflərlə yazılıb. O, 1951-1956-cı illərdə Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. Bu ali məktəbi bitirdikdən sonra elə həmin il Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub. Müğənni 1964-cü ildə Azərbaycan SSR-in Əməkdar artisti, 1979-cu ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. O, 2003-cü il fevralın 26-da vəfat edib.







59 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
23 May
























22 May