İzzət Bağırov həmişə Xatirə İslama yox deyib
Elnarə hamını təəccübləndirdi - foto
 Banu Alkan özünü ən namuslu qadın sayır
Nura Suri əməliyyat olundu

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Ramiz Mirişlinin xatirəsi anılacaq

19-04-2019


Aprelin 20-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında görkəmli bəstəkar, Xalq artisti Ramiz Mirişlinin 85 illiyi münasibətilə əlaqədar unudulmaz sənətkarın "Amerikalı kürəkən” (libretto müəllifi M.Haqverdiyev) tamaşası nümayiş olunacaq.

Mtv.az xəbər verir ki, tamaşadan öncə tanınmış jurnalist, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı mərhum bəstəkarın yaradıcılıq yolu barədə məlumat verəcək.

İlk dəfə 2010-cu il mayın 29-da göstərilən və teatrın repertuarında özünəməxsus yeri olan bu səhnə əsəri artıq 53-cü dəfə nümayiş olunacaq.

Tamaşanın quruluşçu rejissoru Xalq artisti İlham Namiq Kamal, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı, Əməkdar rəssam Nabat Səmədova, quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir və Leyla Ağayevlər, şeirlərin müəllifi Xalq şairi Fikrət Qoca, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, konsertmeysteri Nərminə Əbdürəhmanova, rejissor assistenti Tamilla Aslanovadır.

Tamaşada rolları Xalq artisti İlham Namiq Kamal, Əməkdar artistlər Novruz Qartal, Almaz Ələsgərli, aktyorlar Ağaxan Şərifov, Gülçöhrə Abdullayeva, Səməd Xasıyev, Gültac Əlili, İbrahim Əlizadə, Ruslan Mürsəlov, Gülnarə Əzizova, Fərid Rzayev, Eleanora Mehdiyeva və Nigar Qarayeva ifa edəcəklər.

73 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
23 May
























22 May