İzzət Bağırov həmişə Xatirə İslama yox deyib
Elnarə hamını təəccübləndirdi - foto
 Banu Alkan özünü ən namuslu qadın sayır
Nura Suri əməliyyat olundu

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Zülfüqar Hacıbəyovun xatirəsi anıldı

18-04-2019


Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində görkəmli bəstəkar, Əməkdar incəsənət xadimi Zülfüqar Hacıbəyovun 135 illiyi münasibətilə tədbir keçirilib.

Mtv.az xəbər verir ki, əvvəlcə qonaqlar sənətkarın həyat və yaradıcılığından bəhs edən videçarxa baxıblar.

Niyazinin mənzil-muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Rza Bayramov, muzeyin şöbə müdiri Xanım Abdinova və Xalq artisti Canəli Əkbərov çıxış edərək bəstəkarın həyat və yaradıcılığından danışıb, sənətdəki xidmətlərini qeyd ediblər.

Bildirilib ki, 1915-ci ildə yazdığı “Aşıq Qərib” operasında musiqi folklorumuzla Avropa musiqisini əlaqələndirən bəstəkar öz librettoları əsasında yazdığı “Əlli yaşında cavan”, “Varlı”, “Evliykən subay” musiqili komediyalarında məişətimizdəki eybəcərlikləri, qadın hüquqsuzluğunu ifşa edib, dövrünün haqsızlıqlarını açıb göstərib.

Qeyd edilib ki, Zülfüqar Hacıbəyovun qədim məhəbbət dastanı əsasında yazdığı “Aşıq Qərib” operası zaman-zaman yeni nəsil opera müğənnilərinin yetişməsində böyük rol oynayıb. Bu əsər uzun illərdən bəri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının repertuarında yer alıb. Daim axtarışda olan Zülfüqar Hacıbəyov Niyazi ilə birgə ilk səsli Azərbaycan bədii filmlərindən olan “Almaz” filminin musiqisini yazıb.

Tədbir konsert proqramı ilə davam edib.



57 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
23 May
























22 May