GÖZƏLLİK
Dünyanın ən yaraşıqlı kişisi seçilib
05-09-2022

Dünyanın ən yaraşıqlı kişisi seçilib. Mtv.az xəbər verir ki, bu satusa çinli aktyor, müğənni Syao Can (Xiao Zhan) layiq görülüb. Belə ki, "Nubia" onlayn jurnalı 5 ay ərzində dünyanın ən yaraşıqlı kişisi ilə bağlı sorğu keçirib. Nəşrin sorğusu zamanı Syao birinci olub. Səsvermədə 189 ölkədən 11 milyondan çox insan iştirak edib. Onlardan 2,2 milyonu səsini Syaoya verib. İkinci yerə Cənubi koreyalı müğənni-bəstəkar və aktyor Kim Tae-hyun çıxıb. Üçüncü isə çinli aktyor, rəqqas və teleaparıcı Vanq Yibo olub. Namizədlər arasında aktyorlar Henri Kavill, Tom Holland, Timoti Şalame, müğənnilər Castin Biber, futbolçu Kriştiano Ronaldonun adı da olub.
65 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
3 Fevral
2 Fevral