GÖZƏLLİK
Modelin gözəllik sirləri məlum olub
17-08-2022

Avstraliyalı model və fransız brendi "Louis Vuitton"un siması Miranda Kerr Sinqapurun "Harpers Bazaar" jurnalının iyul sayında yer alıb. Mtv.az xəbər verir ki, məqalədə üç uşaq anası olan modelin gözəllik sirləri də yer alıb. Bildirlib ki, Miranda 18 yaşından meditasiya və baletlə məşğul olur. O, heç bir proseduru qaçırmadan davamlı olaraq dərisinə qulluq edir: dəniz duzu və qızılgül kvars kristalları ilə vanna qəbul edir. Bu prosedurda həmişə aromalı şam yandırır. Modelin qidalanmağına gəldikdə isə o, bir litr soyuq sıxılmış kərəviz şirəsi və axşam təzə kəklikotu yarpaqlarından və ya bir qaşıq bal ilə limon suyundan hazırlanmış sakitləşdirici çay içir.
134 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
22
21