GÖZƏLLİK
Adriana Lima 3-cü dəfə ana olacaq
16-05-2022

Xəbər verdiyimiz kimi, brazilyalı model Adriana Lima 3-cü dəfə ana olacaq. Mtv.az xəbər verir ki, Lima övladının cinsiyyətini gender şənliyindən çəkilən görüntüləri izləyiciləri ilə paylaşaraq açıqlayıb. Modelin prodüser sevgilisi Andre Lemmersdən oğlu dünyaya gələcək. Xatırladaq ki, Limanın Marko Yariçlə olan evliliyindən 2 qızı var. Cütlük 2016-cı ildə boşanıb.

120 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!
