GÖZƏLLİK
Supermodelin bahalı aksesuarları - foto
26-07-2021

Supermodel Bella Hadid "qızıl ağciyər" boyunbağısı ilə Kann Film Festivalına damğasını vurub. Mtv.az xəbər verir ki, 24 yaşlı məşhur model "Tre Piani" filminin qalasına dərin sinə dekolteli uzun qara paltarda qatılıb. Qırmızı xalça üzərində parlayan modelin istifadə etdiyi aksesuar isə beynəlxalq moda dünyasında gündəmi zəbt edib. Boyunbağı dizayner Deniyel Rozberri tərəfindən 2021 payız-qış kolleksiyasına daxil edilib. Aksesuarın dizaynında insan ağciyərindən ilham alınıb. Qızıl boyunbağının üzəri isə büllur daşlarla bəzədilib. Markanın yeni mövsüm üçün dizayn etdiyi məhsulun qiymətinin 10 minlərlə dollar dəyərində olduğu təxmin edilir. Xatırladaq ki, Kann Film Festivalı iyulun 6-17-də keçirilib.






230 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!
