Aktrisa dörd ildən sonra boşanır
Rəqqasə oğlunun üzünü gizlətdi - foto
Meyxanaçının qızının toyu yenə təxirə düşdü
Məryəm Üzərlinin xəyalı gerçek oldu

Facebook instagram Twitter Youtube
GÖZƏLLİK

Günayın eks əri məlumatları yalanladı - foto

28-05-2020


Türkiyədə fəaliyyət göstərən azərbaycanlı model Günay Musayevanın polisə verdiyi Taha Tatlıcı açıqlama yayıb.

Mtv.az xəbər verir ki, o, bu barədə "İnstaqram"da yazıb: “Haqqımda çıxan eks-sevgilim Günay Musayevanın qapısına getməyim, qadına və uşağa qarşı şiddət hadisələri yalandır. Bu barədə xəbər yazanları qınayıram və məsələ hüquqi müstəvidə həll ediləcək”.

Xatırladaq ki, ötən günlərdə Günay Tahanın onu döydüyü və təhdid etdiyini söyləyərək şikayət ərizəsi yazıb. Model sevgilisi haqqında 1 aylıq uzaqlaşdırma qərarı çıxartdırıb. Tatlıcı isə 1 ay başa çatan kimi yenidən Günayın evinə yollanıb.

Musayeva isə qapını döyən və onu təhdid edən Tahadan xilas olmaq üçün qonşulardan yardım istəyib. Gizlicə evdən çıxan model polisə gedib. O, iş adamına qarşı şikayət ərizəsi yazıb. Polis qərarı ilə Taha yenidən Günayın ətrafından uzaqlaşdırılıb.

Bundan əvvəl də Taha Tatlıcının Günay və oğluna şiddət göstərdiyi xəbərləri yayılmışdı. Günay aktyor Tolqa Karellə ailəli olub. Cütlük 2015-ci ildə boşanıb.



46 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
12 İyul


















11 İyul