GÖZƏLLİK
“Met Gala 2020” avqustda keçiriləcək
23-05-2020

Mayın 4-də Nyu-Yorkdakı Metropolitan İncəsənət Muzeyində təşkil olunması planlaşdırılan “Met Gala” dəb tədbirinin pandemiyaya görə təxirə salındığı bildirilmişdi.
Mtv.az xəbər verir ki, tədbirin redaktorlarından biri Anna Vintur moda dünyasının ən prestijli gecəsi olaraq bilinən “Met Gala 2020”nin avqustun sonunda keçirilməsi haqqında planlarının olduğunu açıqlayıb.
O bildirib ki, hazırda təşkilatçılar bununla bağlı fikirləri müzakirə edirlər.
Xatırladaq ki, "Met Gala"nın builki bilet qiymətləri 35 min dollar olaraq təyin edilmişdi.
198 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
24 Fevral
23 Fevral