Ancelina Coli keçmiş əri ilə daim mübarizə aparıb
Kristen Stüart geyimi ilə gündəmə gəldi - foto
Aktyor sevgilisindən ayrıldı
"Qorxaqlar aşiq ola bilməz..."

Facebook instagram Twitter Youtube
FİLM

Aktrisanın çəkildiyi filmlər silinib

15-09-2021


Çinli milyarder aktrisa Zhao Veyin oynadığı bütün filmlər və teleseriallar ölkədəki video platformalarından silinib. Mtv.az xəbər verir ki, bununla da 45 yaşlı aktrisa ilə bağlı bütün məlumatlar Çində internetdən yoxa çıxıb. Eyni zamanda, rol aldığı filmlər haqqında məlumat verən saytlardakı həmin informasiyalar da yox olub. Çinin "Weibo" sosial şəbəkəsindəki hesabı da silinən aktrisa ilə bağlı demək olar ki, heç bir məlumat qalmayıb. "Fortune" nəşrinin yaydığı məlumata görə, silinmə ilə bağlı qərarı Çin Milli Radio və Televiziya İdarəsi tərəfindən qəbul edilib, lakin bunun səbəbi açıqlanmayıb. Lakin bu addımın arxasında Zhaonın həyat yoldaşı Huang Youlongla yatırımlarının ardından qoyulan ticarət qadağasının dayandığı təxmin edilir. Xatırladaq ki, aktrisa 2014-cü ildə həyat yoldaşı sinqapurlu investor Huangla birlikdə "Alibaba Pictures" film şirkətindən 400 milyon dollarlıq pay alıb. Ancaq 2017-ci ildə bir qrup investorun şirkətlə bağlı yanlış məlumat verdikləri iddiası ilə məhkəməyə müraciətin ardından cütlük 5 illik ticarət qadağası alıb.

32 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti