Hamilə olduğu üçün serialdan ayrıldı - foto
Hadisə libas və ayaqqabılarını uşaqlar evinə bağışladı
Aktrisa sevənlərinə ispan dilində müraciət etdi - foto+video
Sərdar Ortaç aktyorluq edəcək

Facebook instagram Twitter Youtube
FİLM

“Üç qazi, üç tale” sənədli filmI çəkilib

20-01-2021


“Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə “Müharibə əlillərinin tanıdılması ilə bağlı təbliğat kampaniyasının təşkili” layihəsi çərçivəsində “Üç qazi, üç tale” sənədli filmI çəkilib.

Mtv.az xəbər verir ki, film Qarabağ döyüşlərində ağır yaralanaraq 1-ci qrup Qarabağ əlili olmuş üç şəxsin keçdikləri ömür yolundan bəhs edir. Çəkilişlər Bakı və Gəncə şəhərlərində aparılıb.

Filmdə qazilərin şərəfli döyüş yolundan, ağır yaralanmalarına baxmayaraq həyat eşqlərinin böyük olmasından söz açılır.

Xatırladaq ki, Şəmistan Əlizamanlının layihə rəhbəri olduğu sənədli filmin məsləhətçisi və ssenari müəllifi Rey Kərimoğlu, rejissoru Roman Yaşar, redaktoru Rəşad Sahildir.

39 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
1 Mart














27 Fevral