Aktyorun bəraətinə qərar verildi
"Yataqxanalarda yaşamışam..." - müğənni
Aktyor maskasız gəzərək qaydanı pozdu
Müğənni fevral ayında boşanır

Facebook instagram Twitter Youtube
FİLM

Aktrisanın ölüm xəbəri yalan çıxdı

12-01-2021


“Agent 007” filmində Ceyms Bondun sevgilisi obrazını canlandıran aktrisa Tanya Robertsin ölüm xəbəri yalan çıxıb.

Mtv.az xəbər verir ki, "Associated Press"in yaydığı məlumata görə, 65 yaşlı aktrisa hazırda reanimasiyadadır.

Aktrisanın vəfat etdiyini deyən Tanyanın nümayəndəsi Pinqel bu gün sözlərini təkzib edib.

O bildirib ki, ölüm xəbərini ona sənətçinin həmkarı Roberts Lans O Brayen verib.

Həkimlər Robertsə aktrisanın vəziyyətinin kritik olduğunu və yaşamaq üçün heç bir şansı olmadığını bildiriblər. Daha sonra O Brayen Tanya ilə vidalaşmaq üçün reanimasiyaya girib və onu qucaqlayıb. Son dəqiqələrdə aktrisa gözlərini açıb.

Tanya Roberts Milad günü ərəfəsində iti ilə gəzməyə çıxmışdı. Evinə qayıdarkən yolda yıxılıb və kəllə-beyin travması almışdı. Xəstəxanaya yerləşdirilən aktrisanı həkimlər süni nəfəs aparatına qoşmuşdular.

34 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
21 Yanvar
















20 Yanvar