Müğənni 22 milyon manat qazandırdı
Aktyorun bəraətinə qərar verildi
"Yataqxanalarda yaşamışam..." - müğənni
Aktyor maskasız gəzərək qaydanı pozdu

Facebook instagram Twitter Youtube
FİLM

“Anamın kitabı” film tamaşaçıların görüşünə gəlir

01-12-2020


Cəlil Məmmədquluzadənin “Anamın kitabı” pyesinin motivləri əsasında ekranlaşdırılan 12 hissəli film dekabrın 4-dən etibarən tamaşaçıların görüşünə gələcək.

Mtv.az xəbər verir ki, Mədəniyyət Nazirliyi və C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının birgə layihəsi əsasında ərsəyə gələn filmin çəkilişləri avqust-sentyabr aylarında Astara və Lənkəran rayonlarında aparılıb.

Faciə-dram janrında lentə alınan ekran əsərinin ssenari müəllifləri Xəyyam Abdullazadə, Naiq Babayev, Nurlan Həsənli, Zaur Rzayev, quruluşçu rejissorları Xəyyam Abdullazadə və Elməddin Alıyev, quruluşçu operatoru Elman Əliyev, bəstəkarı Araz Hümbətov, səs rejissoru Orxan Ağalarov, montajçı Elçin Elxanlı, qrim üzrə rəssam Adilə Fərruxovadır.

Rollarda Əməkdar artistlər Almaz Amanova, Loğman Kərimov, aktyorlar Murad Məmmədov, Asiman Ağa Rövşən, Ziya Ağa, Esmiralda Abdullayeva, İoanna Frenşdant, Sabirə Abdullayeva, Anar Mikayılov, Elxan Quliyev, Namis Şirməmmədov, Qızılgül Quliyeva, Zemfira Nəcəfova, Səyyad Əli və Emin Nəsirli çəkiliblər.

Ekran əsərinin baş prodüseri Balakişi Qasımov, prodüserləri Yalçın Verdiyev və Elməddin Alıyevdir.

93 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
21 Yanvar


















20 Yanvar