FİLM
"Tom və Cerri" film kimi çəkiləcək
28-11-2020

Uşaqların sevimli cizgi filmi "Tom və Cerri" film olacaq.
Mtv.az xəbər verir ki, cizgi film tarixinin sevilən obrazları Tom və Cerri artıq böyük ekranda mübarizə aparacaq.
Ekran işində Cerrinin planlarını alt-üst etmək üçün Tomla razılığa gələn Kayla adlı gənc qadının başına gələnlərdən bəhs olunacaq. O yeni işə başladığı oteldə toy dekorunu pozmağa çalışan Cerrini aradan götürmək üçün Tomdan kömək istəyir.
ABŞ istehsallı filmin rejissoru Tom Storidir. Ekran əsərində "Kayla" obrazını amerikalı aktrisa Hloya Qreys Morets canlandıracaq. Komediya və macəra janrında çəkiləcək film 2021-ci il martın 4-də nümayiş olunacaq. Cizgi filmi 1945-ci ildə lentə alınıb.
91 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
21 Yanvar
20 Yanvar