Aktyorun namizədliyi “Oskar”a təqdim ediləcək - foto+video
“Oskar” laureatı Azərbaycana dəstək oldu - foto
Benksin əsəri 9.8 milyon dollara satildı
Jan Klod Van Damm kampaniyaya başladı 

Facebook instagram Twitter Youtube
FİLM

Azərbaycanda film çəkilişlərinə başlanılıb

26-08-2020


“Sanitar-epidemioloji tələblərə əməl etmək və sosial məsafəni gözləməklə film çəkilişlərinin həyata keçirilməsinə başlanılıb”.

Mtv.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əsasən, ölkə ərazisində xüsusi karantin rejimi tətbiq olunub, o cümlədən, insanların kütləvi toplaşması ilə müşahidə olunun sahələrin fəaliyyəti dayandırılıb:

“Sözügedən qərarlarda konkret olaraq kino istehsalı ilə bağlı məsələ qeyd edilməsə də, digər sahələrlə yanaşı, kino çəkilişlərində də bir çox insanların toplaşması zərurəti olduğuna görə ölkədə bu istiqamətdə də işlər saxlanılmışdı. Operativ Qərargah tərəfindən həyata keçirilən yumşalma tədbirlərinə və bir çox qadağaların aradan qaldırılmasına uyğun olaraq, sanitar-epidemioloji tələblərə əməl etmək və sosial məsafəni gözləməklə film çəkilişlərinin həyata keçirilməsinə başlanılıb”.

121 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
26 Oktyabr
















24 Oktyabr