Müğənnini "Eurovision"a göndərmək istəyir
Aktrisa sevgilisi ilə yenə barışdı
Aslan başına gələn hadisəni açıqladı
 Hülya Avşar 55 milyon lirəyə ada aldı

Facebook instagram Twitter Youtube
FİLM

DiKaprio “Apple” ilə ortaq filmlər çəkəcək

05-08-2020


Hollivud aktyoru Leonardo DiKaprio tərəfindən qurulan “Appian Way Productions” prodüserlik şirkəti “Apple” korporasiyası ilə birgə film və teleseriallar çəkilməsi ilə bağlı müqavilə bağlayıb.

Mtv.az xəbər verir ki, “Apple” artıq DiKaprio və Robert De Nironun baş rollarını ifa etdiyi, Martin Skorsezenin rejissoru olduğu “Çiçəkli ayın qatilləri” (Killers of the Flower Moon) filminin ərsəyə gəlməsi üçün 200 milyon ABŞ dolları sərmayə qoyub. Bundan əlavə, korporasiya Elizabet Mossun baş rolda oynadığı və “Appian Way Productions”ın prodüserlik etdiyi “Parlayan qızlar” (The Shining Girls) serialının ərsəyə gəlməsində də iştirak edəcək. Nəşr qeyd edir ki, iki şirkətin əməkdaşlığı bu layihələrlə bitməyəcək.

“Appian Way Productions” üçün bu müqavilə teleserialın çəkilişi sahəsində bir ilk olacaq. Filmlərin istehsalına gəlincə, şirkət daha əvvəl “Paramount Pictures” və “Warner Bros” kinostudiyaları ilə sazişlər imzalamışdı.

57 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
28




























27