Qrayms ruhunun bir parçasını satır
Xatirə imicini dəyişdi - foto
Müğənnilər "O səs Türkiyə"dən gedirlər
Nadir pulsuz qalmamağın yolunu göstərdi

Facebook instagram Twitter Youtube
FİLM

“Mənim balaca Şahzadəm” Film Festivalında 

11-05-2020


“Azanfilm” Animasiya Studiyasının istehsalı olan “Mənim balaca Şahzadəm” (“My little prince”) qısametrajlı animasiya filmi Cənubi Koreyada keçirilən 8th Seoul Guro International Kids Film Festivalının yarımfinal mərhələsinə yüksəlib.

Mtv.az xəbər verir ki, festivalın final mərhələsi və mükafatlandırma mərasimi bu il iyulun 2-dən 8-dək baş tutacaq.

Mədəniyyət Nazirliyinin sifarişi ilə 2019-cu ildə “Azanfilm” Studiyasında ərsəyə gələn filmin quruluşçu rejissoru Arif Məhərrəmov, bədii rəhbəri Elçin Əfəndiyev, ssenari müəllifi İman İsmayıl, quruluşçu rəssamı Amil Quliyev, bəstəkarı Azər Hacıəsgərli, səsləndirmə üzrə rejissoru Mehriban Zəki, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə M.Ələkbərlinin “Balaca şahzadə” əsərinə həsr etdiyi yağlı boya ilə işlənmiş tabloların təsviri animasiya hissələrinin tərkibində verilmişdir. Rəssam M.Ələkbərlinin Ekzupirinin “Balaca şahzadə” əsəri haqqında düşüncə və duyğularının, 3d animasiya stili ilə təsviri əlaqələndirilməsi yeni bir stilistika ərsəyə gətirib.

Xatırladaq ki, “Mənim balaca Şahzadəm” animasiya filmi daha öncə Banqladeşdə keçirilən 13th International Children’s və Türkiyədə keçirilən UNIVERSAL KIDS Beynəlxalq Film Festivallarında iştirak edib.

19 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
3 İyun


























2 İyun