Aktyor kənddəki evinə köçdü
 Namiq qol əzələsi böyüdən sənətçiləri bəyənmir
Hadisəi bu dəfə idman geyimində - foto
Aktrisa Honor Blekman vəfat etdi

Facebook instagram Twitter Youtube
FİLM

“Sevgi romanı” filminin təqdimatı oldu - foto+video

13-02-2020


Nizami Kino Mərkəzində Oksana Rəsulovanın baş prodüserliyini etdiyi “Sevgi romanı” filminin təqdimatı keçirilib.

Mtv.az xəbər verir ki, gecəyə məşhur və sənət nümayəndələri qatılıb.

“İnanıram ki, filmin danışılan tərəfləri çox olacaq. Bizə insanların reaksiyası lazımdır. Əsas odur ki, cəmiyyətə faydalı notlar verək, sağlam kinolara təbliğat olsun. İnsanların göbəkdən aşağı yox, beyindən yuxarı düşündürək. Tamaşaçılara çağırış edirik: kinolarımıza gəlin, mədəniyyətimizi, filmlərimizi inkişaf etdirək ki, biz də dünyaya çıxaq” deyə, film heyəti qırmızı xalıda jurnalistlərə açıqlamasında söyləyib.

Daha sonra filmin komandası səhnəyə çıxaraq tamaşaçıları salamlayıb. O.Rəsulova filmin çəkilişi bitməmiş orada iştirak edən gənc rəqqaslardan birinin ölümündən bəhs edib və kövrəlib:

“Filmin çəkilişlərində altı rəqqas gəlmişdi: üç qız və üç oğlan. Bu barədə danışmaq mənim üçün çox çətindir. Həmin o rəqqaslardan biri Hacıyev Cavidi itirdik. Onun qardaşı və anası burada əyləşib. Allah ona rəhmət etsin. Bu filmi onun xatirəsinə həsr edirik”.

Xatırladaq ki, filmdə Xalq artisti Kazım Abdullayev, aktyorlar Şəhriyar Əbilov, Azər Aydəmir, aparıcı Zümrüd Bədəlova və başqaları çəkilib.









94 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
7 Aprel
































6 Aprel