Aktyor kənddəki evinə köçdü
 Namiq qol əzələsi böyüdən sənətçiləri bəyənmir
Hadisəi bu dəfə idman geyimində - foto
Aktrisa Honor Blekman vəfat etdi

Facebook instagram Twitter Youtube
FİLM

"Can Qarabağ" İsveçdə göstərildi

11-02-2020


İsveçdə "Can Qarabağ" sənədli filminin təqdimatı keçirilib.

Mtv.az xəbər verir ki, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Faiq Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti İsveçə səfəri çərçivəsində bu ölkədə yaşayan rejissor Rahim Sadıqbəylinin “Can Qarabağ” adlı filminin təqdimat mərasimində iştirak edib.

Tədbirdə İsveç, Norveç, Finlandiya və Danimarkadan olan diaspor fəalları ilə yanaşı, İsveçdəki Azərbaycan səfirliyinin birinci katibi Vaqif Seyidbəyov da iştirak edib.

Ekran əsərində İsveç-Azərbaycan Dərnəyinin (SAF) nəzdində fəaliyyət göstərən “Qarabağ” uşaq milli rəqs qrupu, SAF dərnəyinin rəhbəri Sevda Dadaşova və qrupun müəllimlərinin fəaliyyəti haqqında ətraflı danışılır. Bildirilir ki, “Qarabağ” uşaq milli rəqs qrupu mədəniyyətimizi daha da tanıtmaqla yanaşı, öz fəaliyyəti ilə Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan əraziləri və qaçqınlarımız haqqında məlumatı da yaymağa davam edir. Filmdə, habelə müxtəlif mükafat və medallara layiq görülən “Qarabağ” rəqs qrupunun yaranması, fəaliyyəti, Azərbaycan rəqslərinin və mədəniyyətinin tanıdılması işində rolundan da məlumat verməklə yanaşı, rəqs qrupun İsveç və Avropada qazandığı uğurlardan da bəhs olunur.ƏTRAFLI
Adsgarden.comQeyd edək ki, tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Səlhət Abbasova, SAF-ın nəzdində fəaliyyət göstərən “Qarabağ” uşaq milli rəqs qrupunun rəhbərliyi və üzvlərinə diplom və hədiyyələr təqdim edilib.



63 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
7 Aprel
































6 Aprel